Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" Boludakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçına çıxıb. SİA-nın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gəlib.
Qızılcahamamda baş tutan görüş sumqayıtlıların 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Qarşılaşmanın 16-cı dəqiqəsində Amil Yunanov hesabı açsa da, 24 və 26-cı dəqiqələrdə Tonia Tisdell dubla imza ataraq, Super Liqa təmsilçisinə əzmkar qələbə qazandırıb.
Yoxlama oyunu
17 iyul
Sumqayıt - Osmanlıspor 1:2
Qol: A.Yunanov, 16 - Tonia Tisdell, 24, 26.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB