"Fiorentina" Nikola Kaliniçə ailə məsələsini həll etmək üçün 48 saat vaxt verib. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında informasiya yayılıb.
"Kaliniç bazaertəsinə qədər ailə məsələlərinə görə komandanın düşərgəsini tərk etmişdi. Bu gün ona daha 48 saat verilməsi qərara alınıb", - deyə saytda bildirilir.
29 yaşlı forvardın xidmətlərində "Marsel" və "Milan" maraqlıdır. Xorvat hücumçu da "rossoneri"də oynamaq istədiyini etiraf etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə