“Milan” gözlənilən transferi rəsmiləşdirib. Belə ki, klubun rəsmi saytı “Latsio”nun 31 yaşlı yarımmmüdafiəçisi Lukas Bilya ilə 2020-ci ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.
Bu, “Milan”ın bu yay həyata keçirdiyi 10-cu transferdir. Çinlilərin klubu almasından sonra ciddi transferlər həyata keçirən “rassionerilər” argentinalı futbolçudan əvvəl Leonardo Bonuççi, Andre Silva, Andrea Konti, Hakan Çalhanoğlu, Mateo Musakkio, Rikardo Rodriges, Frank Kessye, Antonio Donnarumma və Fabio Boriniyi də heyətinə cəlb edib. Bu transferlərə ümumilikdə 180 milyon avro xərcləndiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB