“Qəbələ”nin rəqibi yeni mövsümə qələbə ilə başlayıb

“Qəbələ”nin rəqibi yeni mövsümə qələbə ilə başlayıb

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya” Polşa çempionatında yeni mövsümə start verib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Ekstraklassanın açılış turunda “Termalika” ilə səfərdə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qola Sekulski imza atıb. O, 47-ci dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, “Qəbələ” ilə “Yagelloniya” arasında Bakıda keçirilmiş ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İkinci matç iyulun 20-də Polşada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə