“Neftçi”dən ayrılan futbolçu “Qarabağ Vyana”da!

“Neftçi”dən ayrılan futbolçu “Qarabağ Vyana”da!

Elvin Bədəlovun gözlənilən transferi baş tutub. Apasport.az saytının məlumatıan görə, “Neftçi”dən ayrılan futbolçu “Qarabağ Vyana” ilə anlaşıb. Avstriyanın Şərq Regional Liqasında çıxış edən komanda ilə 1+1 illik müqavilə imzalayan gənclər millimizin üzvü artıq rəsmən təqdim olunub. Qeyd edək ki, futbolçu bir müddət əvvəl “Neftçi”dən ayrılacağı barədə məlumat vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə