Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz ÇL-nin II təsnifat mərhələsinin cavab matçında – “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununda iş başında olacaq.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq. Həmin görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB