"Çelsi" "Monako"nun futbolçusunu transfer edib

"Çelsi" "Monako"nun futbolçusunu transfer edib

"Çelsi" "Monako"nun futbolçusu Temue Bakayokonu transfer edib. Klubun saytında yer alan xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubunda 14 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, T.Bakayoko 2014-cü ildə "Monako"da oynayırdı. O, 51 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə