İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli və Babək rayonlarının idmançıları da öz güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 16 çəki dərəcəsində 60 dəri əlcək sahibi mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalarda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB