"Deportivo" heyətinə yeni futbolçu cəlb edib

"Deportivo" heyətinə yeni futbolçu cəlb edib

"Deportivo" heyətinə yarımmüdafiəçi cəlb edib. SİA-nın məlumatına görə, "Valensiya"nın 21 yaşlı futbolçusu Zəkəriyə Bakkali 1 mövsüm icarə əsasında La Korunya klubunda oynayacaq.

Belçikanın gənclər komandasında çıxış edən Bakkali "yarasalar"ın heyətində 34 oyun keçirib. O, son 2 mövsümdə əsasən əvəzetmədən meydana çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmənin müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə