Vladimir Şaran: "Zirə"nin növbəti mərhələyə çıxmaq şansı var" AÇIQLAMA
“Potensial rəqiblərimiz arasında “Astra” favoritdir. Çünki onlar ilk matçda 3:1 hesabı ilə qalib gəliblər. Ancaq “Zirə”ni də siyahıdan silmək olmaz. Azərbaycan klubu ilk görüşdə məğlub olsa da, onların hələ də növbəti mərhələyə çıxmaq şansı var". SİA-nın məlumatına görə, bu sözləri "Zirə"nin Avropa Liqasının üçüncü mərhələsində mümkün rəqibi "Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran Ukrayna klubunun saytına deyib.
O, püşkatmanı normal hesab edib: "Maksimum gücümüzü ortaya qoymalıyıq. Bir neçə yoxlama matçı keçirsək də, bunlar rəsmi oyun kimi olmur. Rəqib kim olursa-olsun, hədəfimiz Avropa Liqasında pley-off mərhələsinə yüksəlməkdir”.
Qeyd edək ki, "Zirə" "Astra" səddini keçəcəyi təqdirdə, növbəti mərhələdə "Aleksandriya" ilə qarşılaşacaq. "Zirə" ilə "Astra" arasında ilk matçda təmsilçimiz səfərdə 1:3 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB