İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər

İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər

Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər. SİA-nın məlumatına görə, isveçli hücumçu “Los Anceles Qalaksi”yə keçməyə yaxındır.

Kaliforniya klubu 35 yaşlı futbolçunun ilinə 7.7 milyon avro maaş təklif edib. Əgər keçid baş tutsa, İbra MLS Liqasında ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsi başa çatan Zlatan yeni sözləşmə imzalamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə