"Benfika"nın futbolçusu "Barselona"da!

"Benfika"nın futbolçusu "Barselona"da!

"Benfika"nın futbolçusu Nelson Semedunun "Barselona"ya keçidi rəsmiləşib. Katalon klubunun saytında yer alan xəbərə görə, 23 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin müddəti və dəyəri barədə məlumat verilməyib.

Qeyd edək ki, N.Semedu ötən mövsüm Portuqaliya çempionatında 31 oyunda 1 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə