Millimizin üzvü Dmitri Nazarov Almaniyanın "Aue" klubu ilə yeni müqavilə imzalayıb. SİA xəbər verir ki, yeni müqavilənin şərtlərinə görə, 27 yaşlı futbolçu 2021-ci ilin yayına qədər hazırkı klubunun uğurları üçün çalışacaq.
Təcrübəli yarımmüdafiəçi imza mərasimindən sonra fikirlərini bildirib. O, "Aue"də qaldığı üçün xoşbəxt olduğunu dilə gətirib: "Burada qaldığım üçün xoşbəxtəm. Rəhbərliklə görüşdük və qısa danışıqdan sonra razılığa gələ bildik. Bu daha çox "Aue"də qalmaq istəyimlə bağlı idi".
Qeyd edək ki, “Aue”yə ötən il “Karlsrue”dən keçən Dmitri Nazarov geridə qalan mövsümdə 9 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB