Üç şahmatçımız Paris çempionatında iştirak edir

Üç şahmatçımız Paris çempionatında iştirak edir

Bu gün Fransada şahmat üzrə 75-ci açıq Paris çempionatı start götürür. Çempionatda 60 şahmatçı, o cümlədən 10 qrossmeyster iştirak edir. SİA-nın məlumatına görə, Azərbaycanı turnirdə qrossmeysterlər Qədir Hüseynov, Namiq Quliyev və beynəlxalq usta Orxan Abdulov təmsil edirlər.

Turnirin start reytinq siyahısına Qədir Hüseynov başçılıq edir. Onun ardınca Sergey Fedorçuk (Ukrayna), Jül Mussar (Fransa) və Namiq Quliyev gəlirlər. Orxan Abdulov bu siyahıda 14-cü yeri tutur.

Açıq Paris çempionatı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə