"Qarabağ”ın rəqibi müəyyənləşdi

"Qarabağ”ın rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə