Əfran İamayılov: "İndi ən böyük arzum odu ki, "Qarabağ" mən sağalana qədər az xal itirsin"
Ötən mövsümdən başlayaraq Azərbaycan futbolunda çıxışıyla göz dolduran Əfran İsmayılov cari mövsümün əvvəlində Avroliqada vurduğu 5 qolla da hər kəsin rəğbətini qazanmışdı. Amma "Neftçi" ilə oyunda zədələnən 22 yaşlı yarımmüdafiəçi uzun müddətliyə aradan çıxmışdı. "Qarabağ" klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq Türkiyədə əməliyyat olunan futbolçu Bakıya qayıtdıqdan sonra növbəti müalicə kursu üçün yenidən qardaş ölkəyə yollanıb. Əfran yola düşməmişdən qabaq klubun rəsmi saytna aşıəqlma verib: "Zədə futbolçu həyatının ayrılmaz hissəsidir. Nə etmək olar? Var gücümlə çalışıram ki, ən qısa zamanda sağalım. Artıq futbol üçün darıxmışam. Tezliklə idman formamı bərpa edib komandama yardım etmək istəyirəm. Ən azı 20 gün Türkiyədə müalicə kursu keçməliyəm. İndi ən böyük arzum odu ki, "Qarabağ" mən sağalana qədər az xal itirsin. Yoxsa, ikiqat məyus olaram. Ürəyim komandanın yanında olacaq. İnşallah, Türkiyədən sağlam olaraq geri dönərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB