"Sevilya"nın müdafiəçisi Adil Rami karyerasını vətənində davam etdirəcək. SİA-nın məlumatına görə, 31 yaşlı müdafiəçi "Marsel"ə transfer olunub. Rami "provanslar"la 4 illik müqavilə imzalayıb.
Müqavilənin maliyyə detalları mətbuatdan gizli saxlanılır. Bir sıra KİV-lərin məlumatına görə Əndəlus klubu bu transferdən 6 milyon avro qazanacaq.
Qeyd edək ki, fransalı müdafiəçi "Sevilya"da 2 mövsüm keçirib. Bu müddətdə Rami 76 dəfə La Liqa təmsilçisinin formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB