"Everton" klubunun nümayəndələri bu gün Bakıya gələcək

"Everton" klubunun nümayəndələri bu gün Bakıya gələcək
"Neftçi" PFK-nın futbolçusu Araz Abdullayevi transfer etməkdə israrlı olan İngiltərə "Everton" klubunun nümayəndələri bu gün Bakıya gələcəklər. SİA-nın məlumatına görə, flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında səfər proqramı barədə məlumat verib: "Everton"un nümayəndəsi və bu komandada transfer məsələsilə məşğul olan menecer Bakıya gələrək, "Neftçi" rəhbərliyi ilə görüşəcək. Bildiyiniz kimi, qarşı tərəf ilkin şərtləri öncədən bizə göndəriblər. Lakin bizim də öz şərtlərimiz var. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında Araz Abdullayevin mənafeyi nəzərə alınaraq, müqaviləyə müəyyən şərtlər əlavə olunub. "Everton" nümayəndələri ilə görüşdə "Neftçi" rəhbərliyi müqavilənin detallarını müzakirə edəcək, öz şərtlərini irəli sürəcək. Əgər müzakirələr uğurla nəticələnərsə, yaxın vaxtlarda "Everton" rəhbərliyi paytaxtımıza səfər edərək, Araz Abdullayevin İngiltərə klubuna keçidi ilə bağlı rəsmi müqaviləyə imza atacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə