Ağır atletlərimiz bu gün dünya çempionatında mübarizəyə başlayıblar

Ağır atletlərimiz bu gün dünya çempionatında mübarizəyə başlayıblar

Azərbaycanın ağır atletika üzrə yığma komandası sentyabrın 18-də Antalyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, dünya çempionatında kişilər arasında keçiriləcək turnirdə komandamızın 8 idmançı təmsil edir. Çempionatda Elmar Alıyev (çəki dərəcəsi - 56 kq-a qədər), Sərdar Həsənov və Əfqan Bayramov (hər ikisi - 69 kq-a qədər), Turan Mirzəyev (77 kq-a qədər), Nailxan Nəbiyev (85 kq-a qədər), İntiqam Zairov (94 kq-a qədər), Kokaya Torinke, Əlibəy Səmədzadə (hər ikisi 105 kq-a qədər) çıxış edir.

Qadınlar arasında yarışlarda Azərbaycanı Silviya Angelova (48 kq-a qədər) və Rumyana Petkova (75 kq-a qədər) təmsil edir.

Xatırladaq ki, reytinq dünya çempionatı sentyabrın 18-dən 25-dək keçiriləcəkdir. Türkiyədə keçirilən dünya çempionatı 2012-ci il Olimpiya Oyunlarına seçimin başlanğıcı olacaqdır. İkinci seçim 2011-ci ildə Parisdə keçiriləcək dünya çempionatında aparılacaqdır. Həmin yarışlarda çıxışların yekunlarına əsasən Azərbaycanın 5 nəfər ağırlıqqaldıranı Londonda keçiriləcək Olimpiya Oyunlarında ölkəmizin yığma komandasına daxil olacaqdır. Dünya çempionatında 187 ölkəni təmsil edəcək 1350-yə yaxın ağır atletdən 210 kişi və 140 qadın idmançı reytinq qazanacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə