Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Bakı vaxtilə saat 14:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.
Püşkatmada ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. 2-ci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda 5:0 hesablı qələbə qazanan Ağdam klubu 3-cü mərhələnin bir addımlığındadır.
Püşkatmada 2-ci təsnifat mərhələsinin 17 cütü və mübarizəyə 3-cü təsnifat mərhələsindən qoşulacaq 13 klub iştirak edəcək.
“Qarabağ”ın əmsalı yüksək olduğundan “Samtredia” ilə birgə səpələnmişlər sırasında yer alıb. Bu isə cütün qalibinin səpələnməmişlər sırasında olan - nisbətən asan rəqiblə qarşılaşacağı deməkdir.
Beləliklə, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində səpələnməmişlər sırasında olan “Vitorul”, “Slaviya” və 8 cütdən birinin qalibi ilə qarşılaşa bilər.
III təsnifat mərhələsi
Çempionlar
Səpələnmişlər
"Olimpiakos” (Yunanıstan)
"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) cütünün qalibi
"Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) cütünün qalibi
"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka) cütünün qalibi
"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) cütünün qalibi
"Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa) cütünün qalibi
APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq) cütünün qalibi
"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya) cütünün qalibi
BATE (Belarus) - "Alaşkert” (Ermənistan) cütünün qalibi
Səpələnməmişlər
"Malmö” (İsveç) - "Vardar” (Makedoniya) cütünün qalibi
"Spartak” (Latviya) - "Astana” (Qazaxıstan) cütünün qalibi
"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) cütünün qalibi
"Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç) cütünün qalibi
"Şerif” (Moldova) - "Kukesi” (Albaniya) cütünün qalibi
"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan) cütünün qalibi
"Slaviya” (Çexiya)
"Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları) cütünün qalibi
"Vitorul” (Rumıniya)
Qeyri-çempionlarlar
Səpələnmişlər
"Dinamo” (Kiyev, Ukrayna)
"Ayaks” (Hollandiya)
"Viktoriya” (Çexiya)
MOİK (Rusiya)
"Brügge” (Belçika)
Səpələnməmişlər
"Styaua” (Rumıniya)
"Yanq Boyz” (İsveçrə)
"Nitsa” (Fransa)
"Başakşehir” (Türkiyə)
AEK (Yunanıstan)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB