Azərbaycan tennisçiləri Avropa çempionatında mübarizəni dayandırıblar
Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, qızlar və oğlanlardan ibarət Azərbaycan yığmaları yarışda iştiraklarını dayandırıblar.
Şəxsi yarışlarda Ramil Cəfərov, Rüstəm Quliyev, Fərhad İsmayılov, Səbinə Əhmədova, Büllurə Eminova və Rüfət Quliyev keçirdikləri görüşlərdə məğlub olublar.
Qızlar və oğlanların qoşa yarışları da Azərbaycan tennisçiləri üçün uğurlu olmayıb.
Yığmalarımız turnirdə baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında mübarizə aparıblar.
Qeyd edək ki, oğlanlardan ibarət yığmamız 37-ci, qızlardan ibarət milli komanda isə 32-ci pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB