Ayxan Abbasov: "Diqqətsizliyə görə 2 qol buraxdıq”

Ayxan Abbasov: "Diqqətsizliyə görə 2 qol buraxdıq”

"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizliyə görə 2 qol buraxdıq”. SİA-nın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra”ya uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını bildirib: “Futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıram ki, cavab matçında daha yaxşı çıxış edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə