"Borussiya Dortmund"un futbolçusu "Bayer Leverkuzen"də

"Borussiya Dortmund"un futbolçusu "Bayer Leverkuzen"də

"Borussiya Dortmund"un yarımmüdafiəçisi Sven Bender karyerasını "Bayer Leverkuzen"də davam etdirəcək. SİA-nın məlumatına görə, 28 yaşlı futbolçu "aspirinlər"lə 4 illik müqavilə imzalayıb. Transferin hansı məbləğə başa gəldiyi isə açıqlanmır. "Bayer"də Svenin əkiz qardaşı Lars da çıxış edir.

Qardaşlar sonuncu dəfə eyni komandada (Munchen-1860) 2009/10 mövsümündə oynayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə