Benjamen Mukanco karyerasını Çində davam etdirəcək

Benjamen Mukanco karyerasını Çində davam etdirəcək

"Loryent” klubunun hücumçusu Benjamen Mukanco karyerasını Çində davam etdirəcək. SİA-nın məlumatına görə, Kamerun millisinin futbolçusu "Jiangsu Suning"lə 2 illik müqavilə imzalayıb.

28 yaşlı forvard yeni klubunda 38 nörməli forma ilə çıxış edəcək. Mukanconun transferi Çin klubuna 5.5 milyon avroya başa gəlib. Onunla maraqlanan klublar arasında son Rusiya çempionu "Spartak" da var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə