Azərbaycanlı futbolçu daha bir il "Anji"də

Azərbaycanlı futbolçu daha bir il "Anji"də

Rusiya "Spartak"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Anji"yə daha bir il müddətinə icarəyə verilib. SİA-nın məlumatına görə, iki klub arasındakı anlaşma 2017-2018 mövsümünün sonunadək qüvvədə olacaq.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında da Dağıstan təmsilçisinin formasını geyinib. O, 12 matçda meydana çıxıb və yaxşı oyunu ilə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə