Dünyanın ən dəyərli klubları SİYAHI

Dünyanın ən dəyərli klubları SİYAHI

"Forbes" jurnalı 2017-ci ilin ən dəyərli 50 idman klubunun siyahısını yayımlayıb. SİA-nın məlumatına görə, 1-ci pilləni 4.2 milyard dollar dəyəri olan "Dallas Cowboys" tutub. Reqbi klubunun qiyməti ötən ilə nisbətən 5% artıb. Amerika Beysbol Liqası (MLB) təmsilçisi "New York Yankees" 3.7 milyard və "Manchester United" 3.69 milyard dollar dəyərlə ilk "üçlüy"ü qapayıb. Sonrakı yerlərdə İspaniya nəhəngləri "Real" və "Barcelona" qərarlaşıb.

İlk onluq belədir:

1. "Dallas Cowboys" (Amerikan futbolu): 4,2 milyard dolar

2. "New York Yankees" (Beysbol): 3,7 milyard dolar

3. "Manchester United" (Futbol): 3,69 milyard dolar

4. "Barcelona" (Futbol): 3,64 milyard dolar

5. "Real Madrid" (Futbol): 3,58 milyard dolar

6. "New England Patriots" (Amerikan futbolu): 3,4 milyard dolar

7. "New York Knicks" (Basketbol): 3,3 milyard dolar

8. "New York Giants" (Amerikan futbolu): 3,1 milyard dolar

9. "San Francisco 49ers" (Amerikan futbolu): 3 milyard dolar

10. "Los Angeles Lakers" (Basketbol): 3 milyard dolar

Bütün xəbərlər Facebook səhifəmizdə