Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu hazırlıq prosesinin 1-ci mərhələsini başa vurub. SİA-nın məlumatına görə, "kimyaçılar" dünən saat 18:00-da “Kapital Bank Arena”da sonuncu məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almır. Əsasən toplu çalışmalara üstünlük verən Samir Abasovun yetirmələri təxminən 1,5 saat məşq edib. Baş məşqçinin planına əsasən, komanda 2 gün istirahət edəcək. “Sumqayıt” FK iyulun 15-də səhər saatlarında Türkiyəyə yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB