“İnter” “Neftçi”yə çatdı...

“İnter” “Neftçi”yə çatdı...

Bakının “İnter” klubu avrokuboklarda yubiley qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk qarşılaşmasındakı 1:0 hesablı qələbə bakılılar üçün 15-ci olub. Bunadək keçirdiyi 32 qarşılaşmadan 14-də qalib gələn, 10 heç-heçə edib, 8 dəfə uduzan “İnter” həm də qalibiyyətlərin sayında “Neftçi”yə çatıb. Belə ki, qələbə sayında Azərbaycanın 2-ci klubu adına artıq iki komanda şərikdi. “Neftçi” kimi 15 qələbəsi olan “İnter” yalnız “Qarabağ”dan geri qalır.

Yubiley qələbəsini bayram edən paytaxt təmsilçisi ilk uğurunu 13 il əvvəl kuryoz şəkildə qazanıb. Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzan o vaxtkı “Xəzər Universiteti” sonda texniki qələbəyə sevinib. Buna səbəb rəqibin sifariş vərəqində olmayan futbolçudan yararlanması idi. 2004/05 mövsümünün İntertoto kubokunda daha 2 dəfə qələbə qazanan bakılılar Çempionlar Liqasında 1, Avropa Liqasında (əvvəl UEFA kuboku) 11 dəfə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə