"Yuventus" "Bavariya"nın futbolçusunu icarəyə götürüb

"Yuventus" "Bavariya"nın futbolçusunu icarəyə götürüb

"Yuventus" "Bavariya"nın futbolçusu Duqlas Kostanı icarəyə götürüb. Turin klubunun saytında yer alan xəbərə görə, braziliyalı yarımmüdafiəçi 2017/2018 mövsümünün sonuna kimi icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək. Bunun üçün "Yuventus" 6 milyon avro ödəyib. Klubun mövsümün sonu əlavə 40 milyon avro ödəyərək oyunçunu birdəfəlik almaq hüququnun olduğu bildirilib.

Qeyd edək ki, D.Kosta ötən mövsüm 36 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə