Donnarumma: "Milan"da qalmaqla bağlı heç vaxt şübhəm olmayıb"

Donnarumma: "Milan"da qalmaqla bağlı heç vaxt şübhəm olmayıb"

"Milan"ın gənc qapıçısı Canluici Donnarumma klubu ilə müqaviləsini 2021-ci ilin yayına kimi uzadıb. SİA-nın məlumatına görə, 18 yaşlı qolkiperin iyunda baş tutan danışıqlarda yeni müqavilədən imtina etməsi "rossoneri" fanatlarını hiddətləndirmişdi. Onun ünvanına təhqirlər və təhdidlər yağmışdı. Donnarumma son açıqlamasında bu məsələyə də toxunub: "Bu klubda qaldığıma görə fəxr edirəm. Karyeramı burada başlamışam, burada böyümüşəm. "Milan"da qalmaqla bağlı heç vaxt şübhəm olmayıb. Azarkeşlərin keçirdiyi hisslərə görə təəssüflənirəm. Amma onlara xəyanət etmək ağlıma belə gəlməyib. Onlara son 2 ildə mənə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə