"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Kataloniya təmsilçisi "Palmeyras"da çıxış edən yarımmüdafiəçi Vitinyonu icarəyə götürüb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İcarə müqaviləsinin müddəti 2018-ci il iyunun 30-da başa çatacaq. Həmin vaxt kataloniyalılar 12 milyon avro ödəməklə 19 yaşlı braziliyalı futbolçunun transfer hüququna da yiyələnə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB