Futbol üzrə Azərbaycanın I divizionunda mübarizə aparacaq Qusarın “Şahdağ” klubu yeni mövsümün hazırlıqlarına başlayıb. SİA-nın məlumatına görə, heyətinin əsasını gənc yerli futbolçular təşkil edən kollektiv gələn həftədən Şövkət Orduxanov adına Qusar şəhər stadionunda məşqlərə start verəcək. Komanda qarşıdakı mövsümə baş məşqçi Kamran Əlibabayevin rəhbərliyi altında hazırlaşacaq. İlk məşqlərdən sonra yoldaşlıq oyunları üçün rəqiblər müəyyənləşəcək.
Yeni mövsümdə “Şahdağ” klubu oyun formasını da yeniləyəcək.
Xatırladaq ki, “Şahdağ” ötən mövsümü 9-cu pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB