Ağır atletika üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandanın növbəti təlim-məşq toplanışı davam edir. SİA-nın məlumatına görə, millimiz iyunun 3-dən etibarən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qarşıdakı yarışlara Asif Məmmədov və köməkçilərinin rəhbərliyi altında hazırlıq keçir.
Komandanın əsas hədəfi 22-30 sentyabr tarixlərində Kosovoda keçiriləcək Avropa birinciliyi, həmçinin digər yarışlarda uğurlu çıxışdır.
Yığma həftədə 5 dəfə olmaqla gündə iki dəfə intensiv məşqlər keçir. Yeniyetmə atletlər bütün şəraitlə – qidalanma, vitaminizasiya, həkim nəzarəti ilə təmin olunublar.
Təlim-məşq toplanışının gedişatı barədə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Asif Məmmədov məlumat verib: “Hazırlıq üçün lazımi şərait yaradılıb. Komandamızda ab-hava yüksəkdir, çalışmalarımız istədiyimiz kimi gedir. Qarşıdakı yarışlarda uğurlu çıxış etmək istəyirik”.
Qeyd edək ki, toplanışın iyulun sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB