"Real Madrid"in sabiq hücumçusu Uqo Sançez Xames Rodriqezin "Bavariya"ya transferinə münasibət bildirib. SİA-nın məlumatına görə, Sançez kolumbiyalı futbolçunun lazımi xarakter göstərmədiyini qeyd edib: "Xamesin başqa kluba keçməsi məni təəccübləndirmir. Rodriqez Zidana sübut etməliydi ki, ona hər oyunda güvənmək olar. "Real"da möhkəmlənmək üçün daha sərt xarakter lazım idi. Bu klubun futbolçusu olmaq üçün hər gün daha çox səy göstərməlisən".
Qeyd edək ki, Sançez 1985-1992-ci illərdə "Real"ın şərəfini qorumuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB