“Barselona” və “Yuventus”un sabiq müdafiəçisi Dani Alveş Parisə yollanıb. SİA-nın məlumatına görə, braziliyalı futbolçu PSJ ilə müqavilə imzalayacaq. Tərəflər 2 illik müqavilə barədə razılığa gəliblər.
Tibbi müayinədən uğurla keçdikdən sonra sabah keçiriləcək mətbuat konfransında Dani Alveş PSJ formasında ictimaiyyət qarşısına çıxacaq.
Qeyd edək ki, Alveş hazırda azad agentdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB