Yığmamız 4 oyunda qələbə qazanıb

16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq futzal turnirində Azərbaycan yığması birinci dövrənin oyunlarını keçirib. SİA-nın məlumatına görə, komandamız Qazaxıstan yığmasını 7:1, Polşa-B komandasını 16:0, Slovakiya yığmasını 5:0, Polşa-A kollektivini isə 10:2 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə