Almaniya Bundesliqa təmsilçisi “Herta” heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Berlin təmsilçisi qapıçı Conatan Klinsmannla anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb.
Conatan Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi, bundestimin sabiq hücumçusu Yurgen Klinsmannın oğludur.
Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan 20 yaşlı futbolçu bunadək Kaliforniya Universitetinin komandasında çıxış edib. O, ABŞ-ın gənclərdən ibarət millisinin də şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB