UEFA klubların yeni reytinq siyahısını açıqlayıb

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, 442 klubun yer aldığı siyahıya “Real” başçılıq edir. “Atletiko” 2-ci, "Barselona" isə reytinq cədvəlində 3-cü yerdə qərarlaşıb.
Qitənin ali futbol qurumunun tərtib etdiyi siyahıda Azərbaycanın yeddi komandası var. Təmsilçilərimizin arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 17.650 xalla 91-ci sırada qərarlaşıb.

7.400 reytinq xalına sahib “Qəbələ” 166, 6.400 xalı olan “Neftçi” 183, 5.150 xala malik olan “İnter” isə 218-ci sırada yer alıb.

279-cu pillədə qərarlaşan “Kəpəz"in və 280-ci olan “Xəzər Lənkəran”ın da 3.650 xalı var. 309-cu pillədə yer alan “Zirə”nın isə 3.150 reytinq xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə