UEFA kubokunun əsas mərhələsinin 3-cü qrupunun oyunlarını idarə edəcək hakimlər və UEFA nümayəndələri müəyyənləşib

UEFA kubokunun əsas mərhələsinin 3-cü qrupunun oyunlarını idarə edəcək hakimlər və UEFA nümayəndələri müəyyənləşib
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz "Araz"ın mübarizə aparacağı 3-cü qrupun oyunlarını idarə edəcək hakimlər və UEFA nümayəndələri müəyyənləşib. SİA AFFA-nın rəsmi saytına istinadən oyunlara təyin olunmuş hakimləri və UEFA nümayəndələrini nəzərinizə çatdırır:
 
Hakimlər:
Luka Giacomin (İtaliya)
Maryan Markoski (Makedoniya)
İviça Modriç (Xorvatiya)
İvan Şabanov (Rusiya)
 
UEFA nümayəndələri:
İstvan Huszar (Macarıstan)
Stefan Tivold (Sloveniya)
 
"Araz"ın oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:
28 sentyabr, saat 19:00
"Araz" - "Sportinq Finqal" (İrlandiya)
 
29 sentyabr, saat 19:00
"Nikars" (Latviya) – "Araz"
 
1 oktyabr, saat 21:15
"Tırqu Mureş" (Rumıniya) – "Araz"
Bu qrupun oyunları Rumıniyada keçiriləcək.
 
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə