"Fiorentina"nın futbolçusu "İnter"də

"Fiorentina"nın futbolçusu "İnter"də

"Fiorentina"nın yarımmüdafiəçisi Borxa Valero karyerasını "İnter"də davam etdirəcək. SİA-nın məlumatına görə, ispaniyalı futbolçu 5.5 milyon avro qarşılığında Milan klubuna keçib. 1.5 milyon avro bonus şəklində ödənilə bilər.

"Fiorentina" Borxaya 5 gözəl ilə görə təşəkkür edib və ona karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Valero 2012-ci ildən Florensiya klubunda çıxış edirdi. O, burda 200-dən çox oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə