Kaxaber Tsaxadadze: “Toni Adamsla meydanda tanış olmuşam” - MÜSAHİBƏ

Kaxaber Tsaxadadze: “Toni Adamsla meydanda tanış olmuşam” - MÜSAHİBƏ

"İnter" klubunun baş məşqçisi Kaxaber Tsaxadadze klubun rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır:

 

 

- "Qəbələ" ilə oyuna hazırlıq necə keçir?

 

- Çox yaxşı keçir. Uşaqlar əla hazırlaşırlar. Qələbə oyunundan sonra komanda yaxşı əhval-ruhiyyədədir.

 

- Fiziki hazırlığı necə qiymətləndirirsiniz? Milli komandalarından qayıtmış futbolçular bir qədər yorğun idilər...

 

- Həkimlərimiz yaxşı çalışırlar, uşaqlar çoxdan bərpa olunublar. Artıq "Qarabağ"la oyunda biz fiziki hazırlıq baxımdan əla görünürdük. Bunda bizim mövsümlərarası təlim-toplanışların da böyük rolu var. Bu, həm də bizim bərpa prosedurlarımızın keyfiyyətindən xəbər verir.

 

- Bəs, zədəli futbolçularla bağlı vəziyyət necədir?

 

- Vladimir Levin sağalmayıb, Nizami Hacıyev hələ də zədəlidir. Aleksandr Çertoqanovun oyunda iştirakı hələ sual altındadır. Zədə ilə bağlı problemlərimiz qalır.

 

- "Qəbələ"yə Tonİ Adams rəhbəlik edir. Kifayət qədər maraqlı şəxsdir...

 

- Toni Adamsla meydanda tanış olmuşam. Bu, milli komandaların toplanışı çərçivəsində baş vermişdi. O zaman biz İngiltərəyə qarşı oynayırdıq. O, çox böyük futbolçu idi. Qaldı ki, onun məşqçilik qabiliyyətinə, komandası hələ ki, formalaşır. "Qəbələ" ötən tur özünün ilk qələbəsini qazandı. Bizim üçün çox çətin olacaq, özü də səfərdə oynayacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə