"Sevilya" yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

"Sevilya" yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

"Sevilya"nın yarımmüdafiəçisi Vitolo klubla müqaviləsini yeniləyib. SİA-nın məlumatına görə, 27 yaşlı futbolçu 2022-ci ilə kimi Əndəlus təmsilçisində forma geyinəcək. Bu barədə "Sevilla"nın rəsmi saytı məlumat yayıb. Onun əvvəlki müqaviləsi 2020-ci ildə başa çatırdı. Vitolo 2013-cü ildən bu klubun şərəfini qoruyur.

Ötən mövsüm 30 oyuna çıxan futbolçu 6 qol vurub, 6 məhsuldar ötürmə verib. O, 6 sarı vərəqə alıb və 1 dəfə meydandan qovulub.

Bütün xəbərlər Facebook səhifəmizdə