“Differdanj”la oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gedib. SİA-nın məlumatına görə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq Ayxan Abbasovun komandası Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.
Bu gün orada məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB