"Milan"ın sabiq futbolçusu “Utrext”lə müqavilə imzalayıb

"Milan"ın sabiq futbolçusu “Utrext”lə müqavilə imzalayıb

"Ayaks" və "Milan"ın sabiq futbolçusu Urbi Emanuelson karyerasını vətəni Hollandiyada davam etdirəcək. SİA-nın məlumatına görə, 31 yaşlı müdafiəçi “Utrext”lə 1 illik müqavilə imzalayıb. O, Erediviziya təmsilçisinə azad agent kimi keçib.

Emanuelson ötən mövsüm "Sheffield Wednesday"in üzvü olsa da, cəmi 1 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə