Almeyda “Samtredia”ya qarşı oynamayacaq?

Almeyda “Samtredia”ya qarşı oynamayacaq?

“Qarabağ”ın zədəli futbolçusu Riçard Almeydanın sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia”ya qarşı oyunda iştirakı sual altındadır. Qol.az-ın xəbərinə görə, bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, futbolçunun matçda iştirak edib-etməyəcəyi sabah qətiləşəcək. Qeyd edək ki, Almeyda millimizin iyunun 10-da Şimali İrlandiyaya qarşı keçirilən DÇ-2018-in seçmə matçında zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə