Rusiyada birinci divizonda yeni mövsümə start verilib. Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçu Samir Məsimovun klubu olan “Fakel” səfərdə “Volqar”la qarşılaşıb. 0:0 hesabı ilə yekunlaşan bu görüşdə S.Məsimov rəsmi debüt edib. O, 21-ci dəqiqədə Dmitri Kayumovun yerinə meydana daxil olub, 86-cı dəqiqədə isə Nika Çxapeliya ilə əvəzlənib.
Qeyd edək ki, oyunda “Fakel”in heyətində iki erməni futbolçu da yer alıb. Armen Ambartsumyan əsas heyətdə meydana çıxıb, Artur Arustamyan isə bütün 90 dəqiqəni ehtiyatda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB