Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samterdia” klubu ilə qarşılaşacaq “Qarabağ”ın ilk oyununun hakimi bəlli olub. Belə ki, UEFA matçı türkiyəli hakimlərə tapşırıb.
Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona yan xəttdə Esat Sancaktar və Erdem Bayik yardımçı olacaqlar. Oyunun 4-cü hakimi isə Halil Umut Meler təyin olunub. Matçın UEFA nümayəndəsi ingilis Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov olacaq. Qeyd edək ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də saat 21:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB