“Everton”dan Romelu Lukakunu alan “Mançester Yunayted” İngiltərədə transfer rekordu qırıb. Belə ki, Britaniya mətbuatının yazdığına görə, Belçika millisinin 24 yaşlı hücumçusunun bu transferi “qırmızı şeytan”lara 75 milyon funt-sterlinqə (təqribən 85 milyon avro) başa gəlib. Bununla da Lukaku İngiltərə Premyer Liqası tarixinin ən bahalı oyunçusu olub.
Beləliklə, bundan sonra dünyanın ən bahalı oyunçusu (Pol Poqba, 105 milyon avro) ilə İngiltərə Premyer Liqasının ən bahalı futbolçusu (Ramelu Lukaku) eyni komandada çıxış edəcək.
İngiltərə Premyer Liqasının 10 ən bahalı oyunçusu isə bunlardır:
1. Romelu Lukaku, 75 milyon funt
2. Rahim Sterlinq, 53 milyon
3. Fernando Torres, 49 milyon
4. Con Stouns, 47 milyon
5. Kristian Benteke, 39 milyon
6. Rio Ferdinand, 39 milyon
7. Xuan Mata, 38 milyon
8. Sadio Mane, 35 milyon
9. Endi Kerroll, 34 milyon
10. Dimitar Berbatov, 32 milyon
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB