“Real” Xames Rodrigesi 70 milyon avroya satacaq

“Real” Xames Rodrigesi 70 milyon avroya satacaq

“Real”ın yarımmüdafiəçisi Xames Rodriges klubu tərk etmək qərarı verib. “As” nəşrinin yazdığına görə, onun madridlilərlə ABŞ-a getməyəcəyi dəqiqləşib. yaxın 2 gün ərzində kolumbiyalı futbolçunun yeni komandasının adının qətiləşəcəyi gözlənilir.

Qeyd edək ki, klub prezidenti Florentino Peres Xamesi saxlamaq istəyib. Amma Dani Sebalyosanın transferindən sonra o, getmək istəyib. Əlavə edək ki, futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin maraqlandığı iddia edilir. “Real”ın Xamesi 70 milyon avrodan az qiymətə satmayacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə