“Qəbələ” “Utrext”ə qalib gəldi

“Qəbələ” “Utrext”ə qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri hazırlıq çərçivəsində Hollandiya “Utrext”i ilə görüşüb. Bu matç təmsilçimizin Avstriyada son oyunu olub. Bunadək 7 matçda qüvvəsini sınayan “qırmızı-qaralar” 8-ci qarşılaşmasına çıxıb. Görüş təmsilçimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu yeni transfer Kone vurub.

Qeyd edək ki, “Qəbələ” bunadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”ı (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Lüdoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0) və Ukrayna “Dinamo”su (1:2) ilə qarşılaşıb.

Yoxlama oyunu

8 iyul

“Qəbələ” (Azərbaycan) – “Utrext” (Hollandiya) - 1:0

Qol: Kone, 64

Bütün xəbərlər Facebook səhifəmizdə